Təharət

Dəstəmaz zamanı başa məsh etdikdən sonra əldə yaşlıq qalmasa, ayağa məsh etmək üçün nə etmək lazımdır?

Cavab 1: Əgər əldə məsh etmək üçün nəmlik qalmayıbsa, nəmliyi qaşlarından və ya saqqalından götürüb məsh etməlidir.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Müqayisəli fətvalar", dəstəmaz fəsli

Cavab 2: Gərək öz saqqalının yaşlığından götürüb onunla məsh etsin. Saqqaldan qeyri yerdən yaşlıq götürüb onunla məsh etmək işkallıdır.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.263

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.256

Cavab 3: Əgər əldəki rütubət qurusa, onu başqa üzvlərdəki dəstəmaz suyu ilə isladıb məsh çəkmək olar.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.276

21 Fevral, 2018  14:47 Baxılıb: 940 Çap

Bu bölmədə