Ayaq və ayaqqabının altının pak olması üçün torpaqda nə qədər addım atmaq tələb olunur?Cavab 1: Nəcasətin aradan getməsi şərtilə 10 addım yeriməsi kifayətdir. Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Müqayisəli fətvalar" Cavab 2: Nəcis olmuş ayağın və ya ayaqqabının altını pak etmək üçün yaxşı olar ki, 15 zira (zira – dirsəkdən barmaqların ucuna qədər olan məsafədir) və ya daha artıq yol gedilsin, hətta bundan az yol getməklə, yaxud yerə sürtməklə nəcis aradan getmiş olsa da belə. Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.186 Cavab 3: Ayaq və ya ayaqqabının altının paklanması üçün bir qədər yol getmək və ya ayağı yerə sürtmək bəs edər. Amma yaxşı olar ki, ən azı yeddi tam onda beş metr yol gedilsin. Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.202 Cavab 4: Ayağın və ayaqqabının altının pak olması üçün hərçənd daha az məsafəni yeriməklə, yaxud ayağın yerə sürtülməsi ilə nəcasətin özü aradan getsə belə, daha yaxşı olar ki, 7 metr və ya daha artıq məsafə qət edilsin. Ayətullahul-uzma Seyid Əli Sistani, "Geniş izahlı şəriət məsələləri",məs.192
18 Mart, 2018 18:14 ⁄ Baxılıb: 1084 ⁄ Çap
Bu bölmədə20 Mart, 2018 Yer hansı şərtlər əsasında pak edici ola bilər?19 Dekabr, 2017 İtin su və ya buna bənzər axıcı bir şeyi yediyi, yaxud da yaladığı qabı necə paklamaq olar?19 Dekabr, 2017 Xəvaricin fiqhi hökmlərinə tabe olan, lakin Əhli-beytə (ə) düşmənçilik izhar etməyən şəxs nəcis sayılırmı?25 Dekabr, 2016 Əti haram olan quşların nəcisi murdardırmı?23 Dekabr, 2016 Kürr suyun minimal miqdarı nə qədərdir?22 Fevral, 2014 Risalədə gəlib ki, bir yerə yağış yağsa, ora pak olar. Sual budur ki, bəs bir yerə qar yağsa necə? Paklığına hökm olunarmı?13 Dekabr, 2013 Kanalizasiya suyunun hökmü nədir?1 Oktyabr, 2013 Əgər evin döşəməsi sidik, qan kimi murdarlığa batsa, onu şəri yolla necə paklamaq olar?13 Yanvar, 2012 Paltaryuyan maşın paltarı pak edərmi? |
Son 10 fətva
|