Ayaq və ayaqqabının altını təkcə torpaq üzərində yeriməklə paklamaq olar yoxsa asfalt, çəmənlik və s. kimi zəminlərdə də yeriməklə paklanar?Cavab 1: Yerin səthi torpaq, daş, kərpic və bu qəbildən olan şeylər olmalıdır. Buna əsasən, xalça, həsir, ot və bu kimi şeylərin üzərində yeriməklə nəcasətli ayaq və ayaqqabı altı pak olmur. Vacib ehtiyata əsasən, nəcasətli ayaq və ayaqqabı altı asfaltın üzərində və taxta döşəmənin üstündə yeriməklə, həmçinin,divara sürtməklə pak olmur. Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.184-185 Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.177-178 Cavab 2: Yerin torpaq, daş, kərpic və ya beton olması lazımdır. Xalça, həsir, çəmənlik üzərində yeriməklə ayaqqabının və ya ayağın altı paklanmaz. Taxta döşənmiş yer üzərində hərəkət etməklə ayaqqabı və ya ayağın altının paklanması çətindir. Amma asfalt üzərində yeriməklə paklana bilər. Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.200-201
25 Mart, 2018 00:23 ⁄ Baxılıb: 1238 ⁄ Çap
Bu bölmədə20 Mart, 2018 Yer hansı şərtlər əsasında pak edici ola bilər?18 Mart, 2018 Ayaq və ayaqqabının altının pak olması üçün torpaqda nə qədər addım atmaq tələb olunur?19 Dekabr, 2017 İtin su və ya buna bənzər axıcı bir şeyi yediyi, yaxud da yaladığı qabı necə paklamaq olar?19 Dekabr, 2017 Xəvaricin fiqhi hökmlərinə tabe olan, lakin Əhli-beytə (ə) düşmənçilik izhar etməyən şəxs nəcis sayılırmı?25 Dekabr, 2016 Əti haram olan quşların nəcisi murdardırmı?23 Dekabr, 2016 Kürr suyun minimal miqdarı nə qədərdir?22 Fevral, 2014 Risalədə gəlib ki, bir yerə yağış yağsa, ora pak olar. Sual budur ki, bəs bir yerə qar yağsa necə? Paklığına hökm olunarmı?13 Dekabr, 2013 Kanalizasiya suyunun hökmü nədir?1 Oktyabr, 2013 Əgər evin döşəməsi sidik, qan kimi murdarlığa batsa, onu şəri yolla necə paklamaq olar?13 Yanvar, 2012 Paltaryuyan maşın paltarı pak edərmi? |
Son 10 fətva
|