Əgər cari hicri-qəməri ayın 29-nun sonunda hilal müşahidə olunmadığından ay 30 günə tamamlansa, növbətin ayın 13-cü gecəsi Ay bədirlənsə, keçən ayın 29 gün çəkdiyinə və ayın əvvəlinin müəyyən edilməsində xəta edildiyinə hökm etmək olarmı?

Cavab 1: Sırf bu, ayın əvvəlinin səhv hesablanmasını göstərən şəri dəlil deyil. Ayın əvvəli mükəlləf üçün şəri yolla sübut olmasa, ayın əvvəli olduğuna hökm etməsin və bundan artıq bir vəzifəsi yoxdur.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası

Cavab 2: Xeyr, şəri dəlil deyil.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasaninin dəftərxanası

Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin dəftərxanası

Ayətullahul-uzma Şeyx Safi Qolpayqaninin dəftərxanası

Ayətullahul-uzma Seyid Əli Sistaninin dəftərxanası

 
 
 
 

 

25 Avqust, 2018  16:18 Baxılıb: 211 Çap

Bu bölmədə