Təharət

Qüsl edərkən bilməməzlikdən sağ və ya sol tərəfi başdan əvvəl yuyaraq qüslünü batil etmiş şəxsin namaz və oruclarının hökmü nədir?

Cavab 1: Sualda deyilən qaydada edilən qüsl batildir və mükəlləfin boynunda olan qüslü aradan qaldırmır. Buna görə də belə bir qüsl ilə qılınan namazlar batildir və onların qəzasını qılmaq vacibdir. Amma oruca gəlincə, dediyiniz qaydada etdiyiniz qüslün düzgün olduğuna əmin olduğunuz və bilərəkdən cənabətli qalmadığınız üçün tutduğunuz oruclar düzgündür.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Orucun hökmləri",məs.128

Cavab 2: Əgər cəhli qüsuri üzündən (üzrlü səbəbdən bilməməzlik üzündən) olubsa keçmiş əməlləri səhih (düzgün) hökmündədir.

Ayətullahul-uzma Seyid Əli Sistaninin dəftərxanası

19 Oktyabr, 2018  23:20 Baxılıb: 118 Çap

Bu bölmədə