Tibb

Kliniki ölüm keçirmiş şəxsin tənəffüs və ürək fəaliyyəti cihazlar vasitəsilə həyata keçirilirsə, onu cihazlardan ayırmaq olarmı? Bunun üçün kimdən icazə alınmalıdır?

Cavab 1:

1) Əgər cihaz ona bağlıdırsa və cihazın çıxarılması onun ölümünə səbəb olarsa, cihazın çıxarılmasına icazə verilmir.

2) Beyin ölümündə (kliniki ölümdə) üzvləri hədiyyə etmək xüsusunda qeyd edək ki, əgər bu şəxslər sağalmaz və geri dönməyən beyin şikəstliyinə düçar olsalar və bunun nəticəsində beyinin bütün fəaliyyəti aradan getsə və tam koma vəziyyətində olsa, belə ki, hər növ şüur, hissiyyat və ixtiyari hərəkətlərini itirsələr, bu cür xəstələrin bədən üzvlərindən başqa xəstələrin müalicəsi üçün istifadə etmək, əgər həmin xəstələrin ölümünün tezləşməsinə və onların həyatına son qoyulmasına səbəb olarsa, buna icazə verilmir. Əks təqdirdə, əgər bu iş həmin xəstənin əvvəlcədən verdiyi icazə əsasında görülərsə, yaxud insan həyatını xilas etmək ehtiyac duyulan o bədən üvzünə bağlı olarsa, bu işi görməyin maneəsi yoxdur.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası

Cavab 2: Yalnız xəstənin yaxınlarının razılığı ilə geri qayıtmaq ümidi olmadıqda və dərman prosesinin çətin və məşəqqətli olduğu halda cihazı yeniləməkdən çəkinə bilərlər.

Beyn ölümü nəticəsində komaya düşmüş insanın orqanlarını bağışlamaq yalnız bu halda icazəlidir ki, beyin və nəbati ölümü təsdiqlənsin. Və ehtiyat budur ki, vərəsələrinin razılığı alınsın.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin dəftərxanası

Cavab 3: Nə qədər ki, xəstənin ürəyi vurur və qanı dövran edir, ona qoşulmuş aparatı söndürmək icazəli deyil və beyin ölümü təklikdə bu işə əsas vermir.

Beyin baxımından ölmüş insanın ürəyi və ağ ciyəri aparatın köməyi ilə də olsa, öz fəaliyyətinə davam edirsə, o, ölü sayılmır və bədən üzvlərini sağ insana köçürmək üçün götürmək heç bir vəchlə icazəli deyil.

Ayətullahul-uzma Seyid Əli Sistaninin dəftərxanası

23 Sentyabr, 2019  21:54 Baxılıb: 169 Çap

Bu bölmədə

Son 10 fətva