Heyz və cənabət halında olan şəxsin Qurani-Kərimi oxuması icazəlidirmi?

Cavab 1: Quran oxuması icazəlidir. Lakin vacib səcdəsi olan ayələri oxuması haramdır. Amma səcdə ayəsi olan surələrdə səcdə ayəsindən başqa digər ayələri oxumaq olar.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Müqayisəli fətvalar",qüsl bəhsi

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.370

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.354

Cavab 2: Vacib səcdəsi olan ayələrdən birini oxumaq haramdır. Vacib ehtiyata əsasən, bu dörd surənin vacib səcdəsi olmayan sair ayələrini, hətta “Bismillahir-Rəhmanir-Rəhim”ini və bu surənin “Bismillah”ı niyyəti ilə “Bismillah”ın bəzi kəlmələrini belə, oxumaqdan çəkinsin.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.361

* Vacib  səcdə ayələri:

Quranın 32-ci (Səcdə) surəsinin 15-ci ayəsi;

41-ci (Fussilət) surəsinin 37-ci ayəsi;

53-cü (Nəcm) surəsinin sonuncu ayəsi;

96-cı (Ələq) surəsinin axırıncı ayəsi.

 

4 Yanvar, 2020  12:07 Baxılıb: 61 Çap

Bu bölmədə

Son 10 fətva