Xüms

Qızıma bir qədər məişət avadanlığı cеhiz vеrmişəm. Bu cеhizə xums düşür, yoxsa yox?

Cavab 1: Əgər vеrdiyin cеhiz xalqın nəzərində sizin vəziyyətinizə uyğundursa, üstündən 1 il keçməmiş hədiyyə etmisinizsə, onda vеrdiyiniz cehizə xums gəlməz.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Şəri suallara cavablar",c.1,s.861

Cavab 2: Şənindən (layiqindən) yuxarı olmasa, xümsü yoxdur.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.1792

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.1744

Cavab 3: Əksər ailələrdə adətən, qızın cehizliyini tədriclə hazırlayırlar. Bu halda, cehizliyin alınmasından bir il ötdükdən sonra xüms ona vacib olur. Lakin, bəzi məntəqələrdə əvvəlcədən cehizlik hazırlanmadıqda eyb sayılırsa və yaxud cehizliyi birdəfəlik hazırlamaq imkansız olduqda, alınan cehizliyin xümsü yoxdur.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.1500

3 Sentyabr, 2011  20:44 Baxılıb: 866 Çap

Bu bölmədə

Son 10 fətva