Xüms

Atanın öz övladına xərcləmək üçün verdiyi pulların xumsu vardırmı?

Cavab 1: Əgər pulu öz övladına bağışlasa, xumsu vacib deyil.Əlbəttə еhtiyat müstəhəbb budur ki, illik dolanışıqdan artıq qalanının xümsü vеrilsin.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Şəri suallara cavablar",c.1,s.857

Cavab 2: Əgər həmin hədiyyənin camaat arasında nəzərə çarpacaq dərəcədə qiyməti olsa və illik xərcindən artıq gəlsə, onun xümsünü verməlidir.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.1770

Cavab 3: İllik xərcindən artıq qalsa, vacib ehtiyata əsasən, xümsünü verməlidir.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.1477

Cavab 4: İllik xərclərindən artıq qalsa, vacibdir ki, xümsünü ödəsin.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.1722

6 Sentyabr, 2011  03:05 Baxılıb: 913 Çap

Bu bölmədə

Son 10 fətva