Qadın

İstihazə nədir? Hansı qismləri var?

Cavab: Qadından xaric olan qanlardan biri də istihazə qanıdır. İstihazə qanı görən qadına müstəhazə deyilir.

Əksər vaxtlarda istihazə qanı sarı rəngdə və soyuq olur, təzyiqsiz, yandırıcı olmadan xaricə gəlir və qatı olmur. Amma bəzən qara, qırmızı və qatı olması, təzyiqlə və yandırıcı halda da xaric olması mümkündür.

İstihazə üç növdür:

1 - Qəlilə (az);

2 - Mütəvəssitə (orta);

3 - Kəsirə (çox).

Qəlilə istihazə odur ki, qan yalnız qadının qoyduğu pambığın üzünə bulaşsın, ona hopmasın.

Müstəvəssitə istihazə odur ki, qan pambığa hopsun, hətta onun bir tərəfində olsa belə; lakin qadınların qayda üzrə qanın qarşısını almaq üçün bağladıqları dəsmalın üstünə çıxmasın.

Kəsirə istihazə odur ki, qan pambığı bürüsün və dəsmala yetişsin.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.390-391

17 Sentyabr, 2011  21:30 Baxılıb: 4689 Çap

Bu bölmədə

Son 10 fətva