İslam şəriətində nələr nəcis hesab olunur?

Cavab 1: 11 şey nəcisdir: Nəcislər bunlardır:

1. Bövl (sidik); 2. Ğait; 3. Məni; 4. Murdar (cəsəd); 5. Qan; 6. İt; 7. Donuz; 8. Kafir; 9. Vacib-ehtiyata əsasən, bütün məstedici içkilər; 10. Pivə; 11. İnsan nəcisi yeməyə adət edən dəvənin təri.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası

Cavab 2: Nəcislər ondur: 1. Bövl. 2. Ğait. 3. Məni (sperma). 4. Murdar (özü ölmüş, yaxud şəri göstərişlə kəsilməmiş heyvan). 5. Qan. 6. İt. 7. Donuz. 8. Kafir. 9. Şərab. 10. Pivə. Buna əlavə olaraq insan nəcisi yeməyə adət etmiş dəvənin təri də vacib ehtiyata əsasən, nəcis hesab olunur.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.84

Cavab 3: Nəcasət on şeydən ibarətdir. 1. Sidik. 2. Ğait. 3. Məni. 4. Murdar olmuş heyvan. 5. Qan. 6. İt. 7. Donuz. 8. Kafir. 9. Şərab. 10. Nəcis yeyən heyvanın təri. Vacib ethiyata əsasən, pivə də nəcis hesab olunur.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.80

 

18 Sentyabr, 2011  15:31 Baxılıb: 1667 Çap

Bu bölmədə

Son 10 fətva