Meyit

Bir kəsin ölümünə görə üzünü, bədənini cırmaqlamaq yaxud paltarın yaxasını cırmağın hökmü nədir?

Cavab: Ehtiyata əsasən caiz deyildir ki, insan bir kəsin ölümündə üzünü və bədənini cırsın və saçlarını yolsun, amma üzə və başa vurmaq, əqvaya əsasən caizdir. Ata və qardaşın ölümündən başqa, yaxa cırmaq, ehtiyata əsasən caiz deyil. Müstəhəbb ehtiyat odur ki, onların müsibətlərində də yaxa cırmasınlar.

Əgər qadın meyyitin əzasında üzünü cırsa və qanatsa, ya saçlarını yolsa, müstəhəbb ehtiyat odur ki, bir qul azad etsin, ya on fəqirə təam versin və ya geyindirsin. Həmçinin kişi, arvad və övladının ölümündə, yaxa və ya libasını cırsa, eyni hökmü daşıyır.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.624-626

5 Noyabr, 2011  15:27 Baxılıb: 1775 Çap

Bu bölmədə

Son 10 fətva