Təqlid

Ehtiyata əməl еtmək yaxşıdır, yoxsa təqlid еtmək?

وَلَا تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ ۚ إِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ أُولَٰئِكَ كَانَ عَنْهُ مَسْئُولًا

"(Etiqad, danışıq və əməldə) bilmədiyin şeyin arxasınca getmə. Çünki qulaq, göz və ürəyin hər biri sorğu-suala tutulacaqdır (insandan onların işləri barədə və onlardan öz işləri barəsində soruşulacaqdır)" ("İsra",36).

Allah Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) isə belə buyurur:

"Halal və haramlar bəllidir. Lakin bu ikisinin arasında şübhəli şeylər də mövcuddur. Hər kim şübhəli olan bu şeyləri tərk edərsə, haramlardan nicat tapar. Hər kim şübhəli olan bu şeylərə mürtəkib olarsa harama düçar olar. Nəhayətdə bilməməsi səbəbilə həlak olar” ("Kafi",cild 1, səhifə 68”).

Bəzi fəqihlər isə ehtiyatın ümumi camaat üçün indiki dövrdə çətin olduğunu nəzərə alaraq, təqlidi üstün tutsalar da ehtiyat yolunu da şəri vəzifələrə əməl etmək seçim kimi buyurmuşlar:

Cavab 1: Еhtiyata əməl еtmək onun yеrlərini tapmağa və kеyfiyyətini bilməyə bağlı olduğu üçün, həm də bu iş hamıya müəssər olmadığına görə, bundan da əlavə, bu iş çox vaxt tələb еtdiyi üçün, yaxşıdır ki, “camеüş‐şərait” bir müctеhidə təqlid еdilsin.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Şəri suallara cavablar",c.1,s.2

Cavab 2: Daha yaxşısı budur ki, ələm müctəhidə təqlid edilsin.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasaninin dəftərxanası, istiftaa 23340

Cavab 3: Ehtiyat etmək daha yaxşıdır. Bu şərtlə ki,vasvaslığa səbəb olmasın və başqaları üçün də çətinlik və məşəqqət yaratmasın. İkincisi budur ki, ehtiyat etdiyi məsələni özü təyin edə bilsin.

Ayətullahul-uzma Seyid Şübeyri Zəncaninin dəftərxanası

Cavab 4: Ehtiyat yolunu seçmək bir qədər çətindir. Bu yolu seçmiş insan fiqhi məsələlərdən əhatəli şəkildə xəbərdar olmalıdır. Xalq kütləsi üçün münasib yol müctəhidə müraciət və ona təqlid etməkdir.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.1

Cavab 5: Ehtiyata o şəxslər əməl edə bilərlər ki, məsələyə alim olsun və ehtiyatın keyfiyyətindən xəbərdar olsun. Bundan qeyri hallarda mükəlləf şəxs təqlid etməlidir.

Ayətullahul-uzma Şeyx Safi Qolpayqaninin dəftərxanası

Cavab 6: Əgər bir şəxs ehtiyat hallarına və necəliyinə tam şəkildə vaqifdirsə, təqliddən daha yaxşıdır.

Ayətullahul-uzma Seyid Əli Sistaninin dəftərxanası

 

6 Noyabr, 2011  23:56 Baxılıb: 903 Çap

Bu bölmədə

Son 10 fətva