Təqlid

Əgər mükəlləf şəxs qarşıya çıxan məsələdə təqlid etdiyi müctəhidin fətvasını öyrənə bilməsə, nə etməlidir?

Cavab 1: Qeyd olunan halda ehtiyat etməlidir. Əgər ehtiyat etmək mümkün olmasa, ələmlik dərəcəsini gözləməklə başqa fəqihin fətvasına müraciət etməlidir.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası

Cavab 2: Ələm müctəhidin fətvasını əldə edə bilməsə, ələm müctəhidin fətvasını əldə edənə qədər əməli təxirə salmaq və ehtiyata da əməl etmək mümkün olmazsa, yaxud hərəc (çətinlik) olsa, qeyri ələm müctəhidə təqlid edə bilər.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.12

Cavab 3: Əməli yerinə yetirmək üçün vaxt varsa, səbr edib müctəhiddən öyrənməlidir. Əgər müctəhiddən öyrənmək imkanı olmasa, daha çox ehtimal olunan yolla getməli, sonradan məsələni öyrənməlidir. Əgər gördüyü iş müctəhidin fətvasına uyğun olarsa, qəbuldur, uyğun olmazsa onu təkrar yerinə yetirməlidir.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.13

Cavab 4: Bu halda mümkün olan hər hansı vasitə ilə təqlid etdiyi müctəhidin fətvasını öyrənməlidir. Əgər öyrənməsi mümkün olmasa, digər müctəhidlər arasında daha ələm olanın fətvasına əməl etsin. Daha sonra bu fətvanın təqlid etdiyi müctəhidin fətvasına müxalif olduğunu öyrənsə belə, əməli səhih hökmündədir (yəni düzgündür).

Ayətullahul-uzma Seyid Əli Sistani, "Qərbdə yaşayan müsəlmanlar üçün fiqh", sual 33

13 Noyabr, 2011  04:23 Baxılıb: 1380 Çap

Bu bölmədə

Son 10 fətva