Əgər gecə yarısına qalan vaxt ancaq işa namazını qılmağa kifayət edirsə, mükəlləfin vəzifəsi nədir?

Cavab 1: Əvvəl işa namazını qılmalı, məğribi qılmalıdır. Vacib ehtiyata əsasən, (məğribi) «ma fiz-zimmə» qəsdi ilə, əda və qəza niyyəti etmədən qılsın. Əgər işa namazını qılandan sonra hələ gecə yarısına bir rükət, ya ondan artıq namaz qılmaq qədərində vaxt qaldığı məlum olsa, məğrib namazı ədadır və dərhal yerinə yetirilməlidir.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.756

Cavab 2: Gecə yarısına ancaq işa namazını qılmaq miqdarında vaxt qalıbsa, işa namazını qılmalı və sonra məğrib namazını qəza etməlidir.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.676

Cavab 3: Dörd rükətə yetəcək qədər, yaxud daha az vaxtı qaldığı təqdirdə öncə işa namazını qılmalı, sonra məğrib namazını (mafiz-zimmə niyyətilə) qılmalıdır. Daha sonra tərtibə riayət etmək üçün ehtiyata vacibə əsasən, işa namazını mafiz-zimmə niyyətilə təzədən qılmalıdır.

Ayətullahul-uzma Seyid Əli Sistani, "Geniş izahlı şəriət məsələləri",məs.900/istiftaat

31 Dekabr, 2011  19:47 Baxılıb: 1107 Çap

Bu bölmədə

Son 10 fətva