Gündəlik namazların vaxtlarını açıqlaya bilərdinizmi?

Cavab: Günəş qürub etdikdən sonra səmada yaranan qırmızılıq şərq tərəfdən tamamilə çəkildikdə məğrib namazının vaxtı başlanır. Bu vaxtdan etibarən gecə yarısına işa namazını qılmaq qədər vaxt qalanadək məğrib namazının vaxtıdır.

İşa namazının vaxtı məğrib namazının vaxtı daxil olduqdan sonra məğrib namazını qılmaq qədər vaxt keçdikdən gecə yarısına qədər-dir.

Sübh namazının vaxtı şəfəq doğandan günəş doğana qədərdir. Sübh namazının vaxtı (“kazib fəcr”in deyil) “sadiq fəcr”in doğduğu vaxtdır.

Zöhr namazının vaxtı zöhrün əvvəlindən (yəni, günəşin ən hündür nöqtəyə və nəticədə hər bir şeyin kölgəsi ən qısa ölçüyə çatdıqdan sonra kölgələrin yenidən şərqə doğru artmağa başladığı anlar) günəşin qürubuna əsr namazını qılmaq qədər vaxt qaldığı ana qədərdir.

Əsr namazının vaxtı zöhrün əvvəlindən zöhr namazı qılmaq qədər vaxt ötdükdən sonra qüruba qədərdir.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Fiqh təlimləri",c.1

 

2 Yanvar, 2012  20:03 Baxılıb: 3296 Çap

Bu bölmədə

Son 10 fətva