Ova əyləncə məqsədi ilə getmək haramdırmı? Bu səfərdə namaz necə qılınmalıdır?

Cavab: Xoş güzəran keçirib ləhv və əylənmək məqsədi ilə ova gedərsə, baxmayaraq ki, haram deyil amma gedən vaxt namazını tamam qılmalıdır. Qayıtdıqda isə, yolu şikəstə sayılmalı olan miqdarda olsa və gedişi kimi, məqsədi ovçuluq olmazsa, namazını şikəstə qılmalıdır. Amma əgər dolanışığını təmin etmək üçün ova gedərsə, namazını şikəstə qılmalıdır. Həmçinin, malını çoxaltmaq və ticarət üçün ova gedərsə də hökm eynidir. Fəqət bu təqdirdə, namazını həm şikəstə, həm də tamam qılması ehtiyat müstəhəbdir.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri", məs. 1288

22 Yanvar, 2012  18:55 Baxılıb: 1012 Çap

Bu bölmədə

Son 10 fətva