Səfərimin 8 fərsəx olmasına əmin olub, namazları şikəstə qılmışam. Lakin sonra 8 fərsəxdən az olmasını öyrənmişəm. Namazları qəza etmək vacibdirmi?

Cavab: Səfərinin səkkiz fərsəx olmasına yəqini olan kəs namazı şikəstə qılıb, sonra başa düşsə ki, səkkiz fərsəx olmayıb, gərək onu dörd rükətli namaz kimi yerinə yetirsin. Əgər vaxtı keçibsə, qəza etsin.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.1123

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri", məs. 1263

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail", məs.1285

22 Yanvar, 2012  19:08 Baxılıb: 1387 Çap

Bu bölmədə

Son 10 fətva