Müsafir olan şəxs müqəddəs torpaqlarda namazlarını bütöv qıla bilərmi?

Cavab 1: Müsafir Məkkə və Mədinə şəhərlərinin hər yerində və Kufə məscidində namazlarını tam və ya qəsr qılmaqda ixtiyar sahibidir. Lakin ehtiyata əsasən, bu hökm Kərbəlada yalnız hair bölgəsinə aid olunur.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası

Cavab 2: Müsafir qədim Məkkə şəhərində, – Əqəbeyi Mədəniyyindən Zi-Tuvaya qədərdir – Həzrəti Rəsulun (səlləllahu əleyhi və alih) zamanındakı Mədinə şəhərində, Kufə şəhərində və Həzrəti Seyyidüş-şühəda (əleyhissalam)-ın hərəmində namazı tamam və ya qəsr qılmaqda ixtiyarlıdır. Tamam qılmaq əfzəldir, baxmayaraq ki, Məscidül-həram və Peyğəmbər (səlləllahu əleyhi və alih) məscidinin çölündə, hətta bu iki məscidə imamların (əleyhimussalam) zamanından sonra birləşdərilən yerlərində, Kufə məscidinin çölü və müqəddəs zərihin ətrafında namazı tamam qılmamaq əhvətdir.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.1364

Cavab 3: Məkkədə, Mədinədə, Nəcəfdə (yaxud Kufədə) və Kərbəlada 10 gün qalmaq niyyətində olmayan müsafir sair şəhərlərdə olduğu kimi dörd rükətli vacib namazlarını qısa qılmalıdır.

Ayətullahul-uzma Seyid Şübeyri Zəncani, "Tovzihul-məsail",məs.1365

Cavab 4: Müsafir dörd yerdə namazını tam və ya yarı qılmaqda azaddır: “Məscidül-Həram”, “Məscün-Nəbi”, “Kufə” məscidi, İmam Hüseyn (ə)-ın hərəmi. Bu dörd yerdə namazı tam qılmaq fəzilətlidir. Məscidin Peyğəmbər (s) dövründəki əhatəsi ilə bu günkü əhatəsi arasında fərq yoxdur. Peyğəmbər (s) məscidi, Kufə məscidi və İmam Hüseynin (ə) hərəmi də bu hökmdədir.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.1182

Cavab 5: Müsafir Məkkə, Mədinə, Kufə şəhərlərinin hər yerində eləcə də Həzrət Seyyidüş-şühədanın (ələyhissəlam) hərəmində qəbri-müqəddəsin 11,5 metr məsafəsinə qədər namazını tamam qıla bilər.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.1341

23 Yanvar, 2012  19:19 Baxılıb: 1084 Çap

Bu bölmədə

Son 10 fətva