Ayət namazı nədir və şəri cəhətdən onun vacib olma səbəbləri hansılardır?

Cavab: Ayət namazı iki rəkətdir və hər bir rəkətdə bеş rüku və iki səcdə vardır. Şəri cəhətdən vacib olma səbəbləri aşağıdakılardır:
Günəş və ayın tutulması, hətta, bəzi hissəsi olsa da, zəlzələ və camaatın çoxunun qorxmasına səbəb olan hər bir hadisə, məsələn qara, qırmızı və sarı və ümumiyyətlə adi olmayan küləklər, şiddətli zülmət və qaranlıqlar, göy gurultusu, şimşək və ildırım, uçqun və dağıntı səsləri. Ay və gün tutulması və zəlzələ istisna olmaqla qalan hadisələr əgər qorxuya səbəb olmazsa və ya çox az adamların qorxusuna səbəb olarsa, onda onlar ayət namazının vacib olmasına səbəb olmaz.
Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Şəri suallara cavablar",c.1,sual 715
2 Fevral, 2012  03:39 Baxılıb: 2066 Çap

Bu bölmədə

Son 10 fətva