Səhv səcdəsinin qaydası necədir?

Cavab: Səcdeyi-səhvin qaydası budur ki, namazın salamından sonra dərhal səcdeyi-səhv niyyəti edib alını səcdənin səhih olduğu şeylərin üstünə qoyub desin:

بِسمِ اللهِ وَبِاللهِ وَصَلْى اللهُ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ


“Bismillahi və billahi və səlləllahu əla Muhəmmədin və Ali-Muhəmməd”, yaxud

بِسمِ اللهِ وَبِاللهِ اَللهُمَّ صَلْى اللهُ عَلَى مُحَمَّدٍ وَآلِ مُحَمَّدٍ


“Bismillahi və billahi, Allahummə səlli əla Muhəmmədin və Ali-Muhəmməd”. Amma daha yaxşı olar ki,

بِسمِ اللهِ وَبِاللهِ اَلسَّلاَمُ عَلَيْكَ اَيُهَا النَّبِىُّ وَرَحمَةُ اللهِ وَبَرَكاتُهُ


“Bismillahi və billahi, əssəlamu ələykə əyyuhən-Nəbiyyu və rəhmətullahi və bərəkatuh” desin. (Və bu ehtiyat daha yaxşıdır.) Sonra səcdədən qalxıb otursun, yenidən səcdəyə gedib yuxarıdakı zikrlərdən birini desin. Sonra səcdədən qalxıb otursun, təşəhhüd və salamları desin.

Ayətullahul-uzma Şeyx Fazil Lənkərani (r), "Tovzihul-məsail",məs.1272
2 Fevral, 2012  04:43 Baxılıb: 4841 Çap

Bu bölmədə

Son 10 fətva