Əgər ana namaz qılan olmayıbsa, yaxud az bir müddət qılıbsa, qız övladı onun namazı qəza edə yaxud əcir tuta bilərmi?

Cavab: Ata və ana vəfat etdikdən sonra onların qəza namazlarını qılmaq böyük oğula vacibdir. Bu şərtlə ki, ata və ana, namazlarını Allaha itaətsizlik məqsədilə qəza etməsinlər. Hətta əgər itaətsizlik məqsədilə olsa belə, ehtiyati-müstəhəbbə görə yenə də böyük oğul valideynlərinin qəza namazını qılmalıdır
Əgər ata və ana ömür boyu əsla namaz qılmayıblarsa, vacib ehtiyata görə yenə də onların qəza namazları böyük oğula vacibdir.
Sualın fərzində, qız övladı anasının namazını qəza edə bilər yaxud əcir tuta bilər. Bu halda böyük oğulun da boynundan götürülər.
Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Fiqh təlimləri"nə istinadən


12 Fevral, 2012  19:33 Baxılıb: 2040 Çap

Bu bölmədə

Son 10 fətva