Həkim xəstəyə qoşulan cihazı ümidsizlik halında çıxara bilərmi? Xəstənin beyin hüceyrələri ölüb, o ancaq ürəyinə qoşulan cihazla koma həyatı sürür. Bəs yaxınları istəsə?

Cavab: Həkimin müsəlman xəstəyə qoşulan cihazı çıxarmağa haqqı yoxdur. Xəstənin beyin hüceyrələri ölsə və ürəyi cihaz hesabına döyünsə də çıxara bilməz. İslamda müsəlmanın həyatı çox önəmlidir.
Həkim xəstənin özünün yaxud yaxınlarının ilk yardımdan imtina etməsi ilə bağlı tələblərinə əhəmiyyət verməməlidir. Əgər həkim cihazı çıxarsa, bu da xəstənin ölümünə səbəb olsa, həkim həmin xəstənin qatili hesab olunur.
Ayətullahul-uzma Seyid Əli Sistani, "Qərbdə yaşayan müsəlmanlara fiqh",məs.352
25 Fevral, 2012  15:52 Baxılıb: 1648 Çap

Bu bölmədə

Son 10 fətva