Qadınla arxadan yaxınlıq etməyin hökmü nədir?

Cavab 1: Kişinin qadını ilə arxadan yaxınlıq etməsi şiddətli məkruhdur və ehtiyata uyğundur ki, tərk olunsun- xüsusən qadının razılığı olmasa. Əgər ona ziyan versə, icazəli deyil.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin ofisi

 

Cavab 2: Qadının icazəsi olmasa haramdır. İcazəsi olsa da şiddətli məkruhdur və qınanmış əməldir.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin ofisi

Ayətullahul-uzma Şeyx Safi Qolpayqaninin ofisi

 

Cavab 3: Qadın razı olmasa, ehtiyati-vacibə əsasən icazəli deyil (haramdır). Razı olduğu təqdirdə də kəskin şəkildə məkruhdur.

Ayətullahul-uzma Seyid Əli Sistaninin ofisi

 
 
 

 

28 Avqust, 2011  18:02 Baxılıb: 22854 Çap

Bu bölmədə