Günün batmasına 4 rəkət yaxud daha az namaz qılmaq miqdarında vaxt qalıbsa, vəzifəm nədir?

Cavab 1: Əgər o vaxtadək zöhr və əsr namazlarını qılmamısınızsa, dərhal əsr namazını qılmalı, sonra isə zöhrü qəza etməlisiniz.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Şəri suallara cavablar",məs.351 və 353-ə istinadən
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.737
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.673

Cavab 2: Ehtiyatən əsr namazını zöhr namazından öncə qılmalı, sonra zöhr namazını qürubla məğrib arasındakı zaman fasiləsində əda və qəza niyyəti olmadan qılmalı, daha sonra ardıcıllığa riayət etmək məqsədi ilə təkrarən əsr namazını əda və qəza niyyəti olmadan qılmalıdır.

Qeyd etmək lazımdır ki, bu halda əgər birinci namazı zöhr, yoxsa əsr namazı olduğunu müəyyən etmədən (namazın növü cəhətindən ma fiz-zimmə olaraq) və əda niyyəti ilə qılarsa, sonra qürubla məğrib arasındakı müddət ərzində yenə zöhr, yoxsa əsr namazı olduğunu müəyyən etmədən və həmçinin, əda və qəza niyəti olmadan (həm namazın növü, həm də əda, yoxsa qəza olması cəhətindən ma fiz-zimmə olaraq) qılarsa, ehtiyat üçün kifayətdir və bu halda üç namaz qılmağa ehtiyac yoxdur.

Ayətullahul-uzma Seyid Əli Sistani, "Geniş izahlı şəriət məsələləri",məs.898

27 Fevral, 2012  00:44 Baxılıb: 1674 Çap

Bu bölmədə

Son 10 fətva