Təharət

Dəstəmazda gicgahı yumaq vacibdirmi?

Cavab: Dəstəmazda üzü alının yuxarı hissəsindən, yəni tük bitən hissədən çənənin qurtaracağınadək yumaq lazımdır. Üz orta və baş barmaq əhatə edəcək endə yuyulmalıdır. Əgər bundan az miqdar yuyularsa dəstəmaz batildir. Bu səbəbdən də arxayınlıq olsun deyə deyilən miqdardan bir qədər artıq yumaq yaxşıdır.
Orta və baş barmaq arası dedikdə adi barmaqlar nəzərdə tutulur. Əgər bir şəxsin orta və baş barmaqları adi barmaqlardan çox uzun və çox gödəksə barmaqlarını ölçü götürməməli, insanların adətən yuduğu həddə yumalıdır. Saçı çox yuxarıdan və ya çox aşağıdan bitən insanlar başqalarının yuduğu adi həddi gözləməlidir.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.257-258
28 Fevral, 2012  02:02 Baxılıb: 1063 Çap

Bu bölmədə

Son 10 fətva