Qadın

Əgər bir qadında (az miqdarda) qan gəlsə və bu qanın heyz olub-olmamasını bilməsə, vəzifəsi nədir? Qüsul almalıdırmı?

Cavab: Heyz qanının nişanələri var. Bu qan çox vaxt qatı, isti, qaramtıl və ya qırmızıdır. Bu qan təzyiqlə xaric olur və yandırıcıdır.Heyiz üç gündən az, on gündən çox olmur. Hətta azca əskik olarsa bu heyiz deyil. Heyizin ilk üç günü ardıcıl olmalıdır. Əgər iki gün qan görüb, bir gün pak olarsa və yenidən qan görərsə, bu heyiz deyil. Üç gün ardıcıl dedikdə həmin üç gündə qanın kəsilməməsi nəzərdə tutulmur. Daxil hissədə qanın olması bəs edir. Birinci gecə və dördüncü gecə qan görmək şərt deyil. Amma ikinci və üçüncü gecə qanın kəsilməməsi və davam etməsi şərtdir. Əgər üç gün ardıcıl qan görünüb sonra pak olarsa və yenidən qan görünərsə, qan görünən günlər üst-üstə on gündən artıq olmamalıdır. Qanın göründüyü bütün günlər heyiz sayılır. Ortada pak olduğu günlər pak qadın hökmündədir. Əgər üç gündən az qan görüb paklanarsa, sonradan üç gün və ya artıq deyilən nişanələrə malik qan görünərsə, yalnız ikinci qan heyiz qanıdır. Qanaxma keçirən qadın həkimə müraciət etdikdə həkim bu qanın heyz və ya yara qanı olduğunu bildirərsə, həkimin sözlərindən əminlik yarandıqda deyilən hökmə əməl edə bilər.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.427-437
10 Mart, 2012  00:04 Baxılıb: 6417 Çap

Bu bölmədə