Əgər namaz əsnasında uşaq möhürü götürüb qaçsa, namazın hökmü nədir?

Cavab: Əgər namaz əsnasında səcdə ediləsi şey əldən çıxsa, məsələn, uşaq onu götürsə, namazın vaxtı geniş olduqda onu başa vurub, ehtiyata əsasən onu yenidən qılmaq lazımdır. Vaxt dar olduqda, bu namazın qəzası yoxdur. Hər iki halda aşağıda deyilən göstərişə əməl etsin:
İlk növbədə kətan və ya pambıqdan olan libasına səcdə edə bilər. Əgər paltar yundandırsa bu paltara və ya xalçaya səcdə etsin. Bu da mümkün olmasa, metal və mədəndən çıxan şeylərə səcdə etsin. Bir şey tapmasa əlinin arxasına səcdə etsin; əlin arxası səcdə ediləsi son şeydir.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.973
18 Mart, 2012  18:01 Baxılıb: 2877 Çap

Bu bölmədə

Son 10 fətva