Tibb

Süni mayalanma caizdirmi?

Cavab 1: Haram müqaddimələrdən çəkinmək şərtilə, qadının süni mayalandırılması caizdir. İstər ərinin mənisilə olsun, istər yad kişinin; Əgər yad kişinin sperması ilə mayalandırılsa, bu yolla dünyaya gələn uşaq həmin qadının ərinə aid olmayacaqdır. Əksinə, nütfənin sahibi olan kişiyə və uşaqlıq və yumurta hüceyrəsinin sahibi olan qadına aid olacaqdır.

Əgər ərin nütfəsi (sperması) götürülsə və ər vəfat etdikdən sonra onun zövcəsinin yumurta hüceyrəsi ilə süni mayalanma əməliyyatı aparılaraq qadının uşaqlığında yerləşdirilsə, öz-özlüyündə maneəsi yoxdur və dünyaya gələn uşaq yumurta hüceyrəsi və uşaqlığın sahibinə aid olur. Həmçinin nütfə sahibinə aid olması da uzaq ehtimal deyildir, amma nütfə sahibindən ona irs çatmır.
Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Şəri suallara cavablar",c.2,s.1272-1274

Cavab 2: Ərin nütfəsini onun arvadına, ərin özünün vasitəsi ilə (süni şəkildə) mayalandırmaq caizdir. (Mayalanırma əməliyyatı) ərindən başqasının vasitəsi ilə olarsa, haram bir iş ilə nəticələnəcəyi halda o işi görmək haramdır. Bu mayalandırma yolu ilə dünyaya gələn uşağa övladın hökmləri qüvvədədir (yəni irs aparır və təbii yolla doğulan övladdan fərqi yoxdur).

Yad kişinin nütfəsini qadına təlqih etmək (süni mayalandırmaq) caiz deyildir, istər bu mayalandırma yad şəxsin vasitəsi ilə olsun, istərsə də o qadının öz ərinin vasitəsi ilə. Mayalandırma əməli fərz olunan halda, haram olsa da, zina sayılmır. Əgər bu yolla mayalandırılan qadın uşaq dünyaya gətirsə o uşaq nütfə sahibinə məxsusdur, övladın bütün hökmləri də ona cərəyan edir. Süni mayalandırma vasitəsi ilə hamilə olan qadın o uşağın anasıdır və övladın bütün hökmləri ona aid olunur.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.2898-2900


Cavab 3: Qadının öz ərinin mənisi ilə mayalandırılması diri olarsa caizdir. Əlbəttə əgər bu iş baxışı haram olan yerlərə baxmağı, ləms etməyin haram olduğu yerlərinə ləms etməyi lazım tutursa, bu işin yerinə yetirilməsi ərindən başqasına icazəli deyildir. Amma zərurət halı istisna olunur, məsələn (təbii yolla) uşaq sahibi olmaq onun üçün çox çətin olsa, hətta başqalarının danlanması cəhətindən olsa və hamilə olmağı üçün də bundan başqa yol olmasa bu cür mayalandırılmadan dünyaya gələn övlad da heç bir fərqi olmadan onların sair övladları kimidir. Amma qadının öz ərinin mənisi ilə mayalandırılması öləndən sonra ehtiyat-vacibə əsasən icazəli deyil. Əgər bu işi tutarlarsa uşağın onun olmasına baxmayaraq uşaq ondan irs aparmır.

Qadını, ərindən başqasının mənisi ilə mayalandırmaq icazəli deyildir, istər ərli olsun istər ərsiz, İstər ər və arvad buna razı olsunlar, istər razı olmasınlar, istər bu iş ərinin vasitəsi ilə baş versin, istərsə də başqasının vasitəsi ilə.
Əgər bir qadın, öz ərindən başqasının mənisi ilə mayalandırılsa və hamilə olub övlad dünyaya gətirsə, bu hadisə səhv üzündən baş vermiş olduğu halda, yəni onu ərinin mənisi ilə mayalandırmaq istədikləri halda başqasının mənisi ilə səhvə düşübsə, belə olan surətdə şübhəsiz övlad məni sahibinindir. Bu məsəlinin hökmü vəty be şübhə kimidir. Lakin əgər belə bir mayalandırma agahlıq üzündən və qəsdən olarsa, yenə də övladın məni sahibinin olması uzaq deyildir və bütün nəsəb hökmləri, hətta irs onların arasında sabitdir. Çünki irsdən istisna olunan hallar zinadan əmələ gələn övladdır. Nütfənin bağlansamına səbəb olan bir işin haram olmasına baxmayaraq lakin bu məsələ zina hökmündə deyildir.
Həmçinin bu övlad hər iki surətdə anasınındır və onunla sair övladları arasında heç bir fərqi yoxdur.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",əlavə.64-68
19 Mart, 2012  22:17 Baxılıb: 2145 Çap

Bu bölmədə

Son 10 fətva