Keçmiş qəzaları qılarkən "vacib" niyyəti ilə qılınmalıdır, yoxsa "qürbətən iləllah" desə kifayətdir?

Cavab: İnsan, namazı qürbət qəsdilə, yəni Allahın dərgahında bəndəçilik və Onun əmrini yerinə yetirmək qəsdilə qılmalıdır. Amma niyyəti qəlbindən keçirməsi və ya dili ilə «dörd rükət zöhr namazı qılıram qürbətən iləllah» sözünü deməsi lazım (vacib) deyildir.
Fərz olunan halda da hansı namazın qəzasını qıldığınızı müəyyən etsəniz kifayətdir. Lakin bilin ki, keçmişdə qılmadığını gündəlik 5 namazı qəza etmək sizə vacibdir.
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.930-a istinadən
1 Aprel, 2012  16:11 Baxılıb: 3905 Çap

Bu bölmədə

Son 10 fətva