Gecə namazının vaxtı və qaydası necədir?Cavab: Gecə namazı ümumilikdə 11 rükətdir. Onun 8 rükəti gecənin nafiləsi niyyəti ilə 4 ədəd iki rükətlik namaz şəklində qılınır. Bunların qılınma qaydası sübh namazına oxşayır. Birinci rükətdə "Fatihə" və "İxlas", ikinci rükətdə "Fatihə" və "Kafirun" surələrini oxumaq müstəhəbdir. Qünutda insana zülm verən zalımı cəzalandırması barədə Allaha dua etmək olar. Hər iki rükətdən-bir təşəhhüd və salam deyilir. Cüt rükətlərin arasında Həzrət Fatimənin zikrini söyləməyin savabı var.
8 rükəti bitirdikdən sonra 2 rükət "şəf" namazı qılınır. Onun birinci rükətində "Fatihə"dən sonra "Nas", ikinci rükətində isə "Fatihə"dən sonra "Fələq" surələri oxunur, amma qünut tutulmur. Axırda bir rükət "vitr" namazı qılınır. "Fatihə"dən sonra 3 dəfə "İxlas", bir dəfə "Fələq" və bir dəfə "Nas" surələri oxunur. Sonra qünut tutulur. Qünutda 40 nəfər möminin bağışlanması üçün dua edilir, 70 dəfə istiğfar olunur ("Əstəğfirullahə rabbi və ətubu ileyh"), 7 dəfə "haza məqamül-aizü bikə minən-nar" deyilir, 300 dəfə "əl-əfv" söylənilir. Qünutdan sonra rüku, səcdələr, təşəhhüd və salam yerinə yetirilir. Vitr namazını bitirəndən sonra oxunması müstəhəb olan dualar var ki, müvafiq kitablardan onları öyrənmək olar. Gecə namazının vaxtı gecə yarıdan sübh azanına qədərdir. Gecənin son 1/3-də qılınması daha yaxşıdır. Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Fiqh təlimləri"
18 Aprel, 2012 05:28 ⁄ Baxılıb: 18873 ⁄ Çap
Bu bölmədə31 Yanvar, 2012 Təravih namazı haqqında nəzəriniz nədir?31 Yanvar, 2012 Ğüfeylə namazının qaydası necədir və nə vaxt qılınır?31 Yanvar, 2012 Məscidə daxil olduqda namaz qılmaq lazımdırmı?26 Yanvar, 2012 Müstəhəbb namazlarda surə oxumaq vacibdirmi?25 Yanvar, 2012 Cəfəri-Təyyar namazı necə qılınır?17 Yanvar, 2012 İşa namazının nafiləsi necə qılınmalıdır?17 Yanvar, 2012 Bayram namazında hansı surələr oxunmalıdır?17 Yanvar, 2012 Bayram namazlarından sonra xütbə oxunmalıdırmı?17 Yanvar, 2012 Fitr və Qurban namazlarının vaxtı nə zamandır?17 Yanvar, 2012 Gündəlik namazların nafilələrinin vaxtı nə zamandır?17 Yanvar, 2012 Gecə namazlarının 8 rəkətini gecə yarıdan dərhal sonra, qalan 3 rəkətini isə sübh azanına bir az qalmış qılmaq olarmı?17 Yanvar, 2012 Əgər bir şəxs gecə namazının 4-cü rəkətindən sonra sübh azanının verildiyini eşitsə, namazın qalan hissəsini hansı niyyətlə qılmalıdır?15 Yanvar, 2012 Müstəhəbb namaz qılıb, mərhum şəxsə hədiyyə etmək olarmı?15 Yanvar, 2012 Müstəhəbb namazı camaatla qılmaq olarmı? |
Son 10 fətva
|