Təqlid

Mən mərhum Lənkəraninin (r) müqəllidi olmuşam. Sonra isə təqlidimi diri müctəhidə dəyişdim. Lakin başa düşmüşəm ki, bu diri müctəhid təqlid şərtlərinə malik deyil. Mən Lənkəraninin (r) təqlidinə qayıda bilərəmmi?

Cavab 1: Еhtiyata görə diri, təqlid üçün bütün şərtlərə malik olan bir müctеhiddən ölü müctеhidə qayıtmaq caiz dеyildir. Amma diri müctеhid (təqlid üçün) lazım olan şərtlərə malik olmazsa, ona üdul еtmək batildir və o hələ də mеyyitə təqlid еtməkdə qalır. Bu kəs öz təqlidində (mеyyitə təqliddə) qalmaqda, yaxud təqlid еtmək caiz olan diri bir müctеhidə üdul еtməkdə ixtiyar sahibidir.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Şəri suallara cavablar",c.1,s.35

Cavab 2: Əgər vəfat etmiş müctəhid ələmdirsə, onun təqlidində qalmaq vacibdir. Hətta başqa bir müctəhidə keçsə belə, vəfat etmiş müctəhidin təqlidində qalmış sayılır.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.9-a istinadən

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.8-ə istinadən

3 Avqust, 2012  21:18 Baxılıb: 1529 Çap

Bu bölmədə

Son 10 fətva