Təqlid

İslam dövlətinin sərhədlərindən kənarda yaşayan və başqa müctədin müqəllidi olan şəxs ictimai məsələlərdə vəliyyi-fəqihə tabe olmalıdırmı? Yoxsa bütün məsələlərdə öz müctəhidin' təqlid etməlidir?

Cavab 1: Vəliyyi-fəqihin müsəlman cəmiyyətinin ictimai məsələləri ilə bağlı olan hökmlərinə- hansı ki, İslam və müsəlmanların təcavüzkar kafirlərdən və qəsbkarlardan müdafiəsinə yönəlib- itaət etmək vacibdir.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası

Cavab 2: Diqqət etmək lazımdır ki, vəliyyi fəqih şəxs, üləmalar məclisinin (xubreqan) üzvləri tərəfindən seçildiyi üçün və xübriqan üzvlərini İran İslam Respublikasının camaatı seçdiyinə görə, vəliyyi fəqihin vilayət və hakimiyyət hökmü İran ölkəsinə aiddir. Lakin o cənabın sifarişlərinə riayət edin.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin dəftərxanası

 

18 Noyabr, 2012  04:44 Baxılıb: 1491 Çap

Bu bölmədə

Son 10 fətva