Evlilik və boşanma » 9 yaşda həddi-büluğa çatmaq evlənməyə dəlildirmi?

Cavab: 9 yaş ibadət baxımından həddi-büluğ yaşıdır və məcburi olaraq izdivac yaşı sayılmır. Daha aydın desək, ailə qurmaq o zaman düzgündür ki, qızın buna hazırlığı olsun. Əgər mütəxəsislər ümumi və ya xüsusi şəkildə müəyyən etsələr ki, filan qız yaxud bizim mühitdə olan bütün qızların filan yaşda ailə qurmaq üçün cismi hazırlıqları yoxdur, belə bir yaşda ailə qurmaq haramdır. Həddi büluğun şəriət baxımından 4 mərhələsi vardır:

1. İbadət baxımından həddi-büluğa çatmaq  vacibə və harama riayət etmək (namaz və s.).

2. Oruc tutmaq baxımından həddi-büluğa çatmaq; Belə ki, oruc tutmaq oğlan və qızların xəstələnməsinə səbəb olmamalıdır.

3. Ailə qurmaq baxımından həddi-büluğa çatmaq; Belə ki, qızlar cismi baxımdan buna hazırlıqlı olsunlar və müəyyən qüsurlar və xəstəliklər meydana çıxmasın.

4. İqtisadi baxımdan; Belə ki, ticarət zamanı onları aldatmasınlar.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı-qadınlar üçün",s.766

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!