Oruc » Mən xəstəyəm və oruc mənə vacib deyil. Hər tutmadığım gün üçün təam verirəmsə, həmin günlərin qəzası da boynumda qalırmı?

Cavab: Əgər xəstəlik səbəbilə ramazan ayının orucunu tutmasa və onun xəstəliyi gələn ilin ramazan ayına kimi davam etsə, oruc tutmadığı günlərin qəzası ona vacib deyil, yalnız hər gün üçün bir müdd (təqribən 750 qm) buğda, arpa və s. kimi fəqirə verməlidir. Əks halda (gələn ramazan ayına qədər sağalsa) qəzaları tutmalıdır.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.1433

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.1674

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.1711

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!