Oruc » "Şəkk günü" nədir? Həmin gündə oruc tutmaq vacibdirmi?

Cavab: Şəban ayının 30-u yoxsa ramazan ayının 1-i olması bilinməyən günə "şəkk günü (yəumiş-şəkk)" deyilir. Həmin gün oruc tutmaq vacib deyildir. Əgər oruc tutmasa və sonradan həmin günün ramazan ayından olduğu məlum olsa, ramazan ayından sonra həmin günü qəza etməlidir.

Əgər həmin gün oruc tutmaq istəsə, ramazan ayının niyyəti ilə oruc tuta bilməz. Əgər boynunda qəza orucu varsa, qəza niyyəti ilə, yoxdursa şəban ayının müstəhəbb oruc niyyəti ilə oruc tutmalıdır. Əgər sonradan bilinsə ki, həmin gün ramazan ayından imiş orucu da ramazan ayının orucu sayılacaq. Həmin gün içində ramazan ayı olduğunu öyrənsə, gərək elə niyyətini ramazan ayının orucuna çevirsin.

Əks halda, yəni şəban ayının 30-u olması məlum olsa, müvafiq olaraq qəzası boynundan götürüləcək yaxud müstəhəbb orucun savabına nail olacaq.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Fiqh təlimləri"

Ayətullahul-uzma Şeyx Fazil Lənkərani (r), "Tovzihul-məsail",məs.1642

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.1332

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.1549

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.1576

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!