Oruc » Qəsdən orucunu yeyənlə xəstəlik səbəbilə orucunu yeyənin kəffarəsi arasında hansı fərqlər var?

Cavab: Bəli, iki cəhətdən fərqlilik vardır:

1. Miqdar cəhətdən;

2. Sərf edilmə yeri cəhətdən

Qəsdən orucunu pozan şəxs hər pozduğu gün üçün 60 fəqiri doyurmalı (yaxud hər birinə 750 qram təam verməlidir).

Amma xəstəlik səbəbilə orucunu yeyən şəxsin xəstəliyi gələn ramazan ayına qədər davam etsə, hər gün üçün fəqirə 750 qram təam verməlidir.

Qəsdən orucun pozan şəxsin kəffarəsində əgər 60 fəqir tapmaq mümkündürsə, hər fəqirə 750 qramdan çox təam verə bilməz. Amma xəstləlikdən pozan şəxsin kəffarəsində belə bir şərt yoxdur.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin ofisi

 

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!