Günahlar » Qadına baxmağın hökmü nədir?

Cavab: Kişinin naməhrəm qadının bədəninə və həmçinin onların saçlarına baxmağı istər ləzzət qəsdi ilə olsun, istərsə də ləzzət qəsdi olmasın, istər harama düşmə qorxusu olsun, istərsə də olmasın, haramdır. Onların üzünə və biləklərinə qədər əllərinə baxmaq isə ləzzət almaq qəsdi ilə olsa və ya harama düşmək qorxusu olsa, haramdır. Müstəhəbb ehtiyat odur ki, ləzzət almaq qəsdi və harama düşmək qorxusu olmasa da onlara baxmasın.

Bir kəs tərəfindən öz bədənlərini naməhrəmdən örtməyi əmr edildikdə məhəl qoymayacaq qadınların – istər müsəlman, istərsə də kafir qadınların – adətən bədənlərinin örtmədiyi yerlərinə ləzzət məqsədi və harama düşmək qorxusu olmadığı surətdə baxmaq caizdir.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.2392

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.2497

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!