Evlilik və boşanma » Mütə nikahının iddə müddəti nə qədərdir?

Cavab 1: Əgər mütə olunan qadın hamilədirsə, hamliləliyin sonunda iddə müddəti başa çatır. Əgər yaisə deyilsə, iki heyz miqdarında iddə gözləməlidir. Əgər yaisədirsə 45 gün iddə saxlamalıdır.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin ofisi

 

Cavab 2: Həddi-büluğa çatmış və yaisə olmayan bir qadın əgər mütə olunsa, məsələn, bir aylığa, ya bir illiyə ərə getsə, bu halda əri onunla yaxınlıq etsə və o qadının müddəti başa çatsa, ya əri müddəti ona bağışlasa, iddə saxlamalıdır; əgər heyz görürsə iki kamil heyz miqdarında iddə saxlamalıdır. Əgər heyz görmürsə, 45 gün iddə saxlamalıdır. Hamilə olduğu surətdə isə onun iddəsi doğuş, ya uşağın siqt olması ilə sona çatır. Müstəhəbb ehtiyat budur ki, doğuş müddəti, ya 45 gündən hansı çoxdursa, onu iddə saxlasın.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.2579

 

Cavab 3: Müvəqqəti evliliyin iddəsi müddət tamam olandan sonra aybaşı olduğu halda iki kamil heyz qədərdir, əgər aybaşı olmursa 45 gün tamamdır.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.2149

 

Cavab 4: Əgər heyz görürsə, gərək iki heyz miqdarında iddə saxlasın və ərə getməsin, ehtiyat-vacibə görə bir dəfə heyz görməsi kifayət deyil və əgər heyz görmürsə 45 gün ərə getməkdən çəkinsin. Hamilə olan halda onun iddəsi uşaq dünyaya gələnə qədər, ya siqt olana qədərdir, hərçənd ehtiyat-müstəhəb budur ki, doğuş və 45 gün arasında hansı daha çox olsa, onu daha çox iddə saxlasın.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.2481

 

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!