Bidət və xurafat » Şiələrin arasında bir dəstə peyda olub ki, azan və iqamədə "Əşhədu ənnə Əliyyən vəliyullah" ibarəsinin yerinə "Əşhədu ənnə Məhdiyyən huccətullah" deyirlər. Bunun hökmü nədir?

Cavab 1: Azan və iqaməni necə ki, şiənin böyük müctəhidləri (Allah-taala saylarını çoxaltsın) izahlı şəriət məsələləri kitablarında qeyd ediblər, həmin qayda ilə deyin və haqq ya doğru sözlər olmasına baxmayaraq, bir şey əlavə etməyin.

Qeyd edək ki, "əşhədu ənnə Əliyyən vəliyullah" azanın sözlərindən olmamasına baxmayaraq, şiənin şüarı ünvanında demək yaxşı və mühümdür. Qürbət (Allah-taalaya yaxın olmaq) niyyəti ilə deyilməlidir.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin ofisi

 

Cavab 2: Sualda qeyd olunan halda bu iş icazəli deyil.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazinin ofisi

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!