Əmr be məruf və nəhy əz münkər » Əmr be məruf və nəhy əz münkərin hansı mərhələləri var?

Cavab: Əmr be-məruf və nəhy əz münkərin bir neçə mərhələsi var:

1. Qəlbən incidiyini və narahat olduğunu bildirmək. Günah edən şəxslə danışmamaq və üz çevirmək kimi.

2. Sözlə moizə və nəsihət etmək.

3. Əməli mərhələ, vurmq və həbs etmək kimi.

İlk dəfə birinci və ya ikinci mərhələdən başlamaq lazımdır. Əvvəl əziyyəti az və təsiri çox olanı seçmək lazımdır. Əgər nəticəsi olmasa sonrakı çətin və əziyyətli olan mərhələlərə əl atıb və sonrakı dərəcələri seçsin. Əgər qəlbən və dillə inciməyi bildirmək birinci və ikinci mərhələlərdə təsir etməsə növbə əməli mərhələyə çatır. Ehtiyat-vacib budur ki, üçüncü mərhələni (əməli) seçməkdə şəriət hakimindən icazə alsın. Əməli əziyyət və narahatlıq az olan yerdən başlasın. Əgər nəticəsi olmasa şiddətli və ağır əməllərdən etsin. Amma gərək bədən üzvünün sınıb və ya yaralanması ilə nəticələnməsin.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri"

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!