Murdar və paklayıcılar » Möminin ayaqyolunda yuyunması ibadətlərinin səhih olması baxımından mühümdür. Bu halda sidik və ğaitin çıxacağı necə paklanmalıdır?

Cavab: Təxəllinin (ayaqyoluna getməyin) bir sıra hökmləri var ki, risalələrdə ətraflı şəkildə bəyan olunub. Bunlardan biri də istibradır ki, kişilər yerinə yetirir və sidik kanalındakı sidik çıxarılır. İstibranın qaydası belədir:

Sidik kəsildikdən sonra, ğaitin çıxacağı nəcis olmuşdursa, əvvəlcə onu pak etməli, sonra üç dəfə sol əlin orta barmağı ilə ğaitin çıxacağından alətin kökünə qədər çəkməli və daha sonra baş barmağı alətin üzərinə və onun yanındakı barmağı da alətin altına qoyaraq, aləti dəllək kəsən yerə qədər üç dəfə çəkməlidir. Sonra isə alətin başını üç dəfə sıxmalıdır. Bundan sonra sidiyin çıxacağı yuyularaq paklanır.

Sidik və ğaitin çıxacağını aşağıdakı kimi paklanır:

Sidik çıxacağı yalnız su ilə paklanır. Kürr yaxud axar suda sidik aradan aparıldıqdan sonra 1 dəfə yumaqla çıxacağı pak olar. Az su ilə yuyulsa, vacib ehtiyata əsasən, 2 dəfə yuyulmalıdır.

Ğaitin çıxacağını su ilə yuduqda nəcis tamamilə aradan gedənə qədər yumaq lazımdır və bu halda paklanır. Həmçinin nəcisin çıxacağını üç ədəd parça, bez, kəsək kimi şeylərlə sürtməklə də paklamaq olar. Eyni bir parçanın 3 ayrı təmiz tərəfindən də istifadə etməklə paklamaq olar. Lakin üç dəfə silməklə təmizlənməsə, nəcis aradan gedənə qədər parça, kəsək kimi şeylərdən əlavə etmək lazımdır.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!