Zəkat » Zəkatı qeyri-şiə fəqirlərə vermək olarmı?

Cavab 1: Zəkat verilən şəxs 12 imam şiəsi olmalıdır. Əgər şəri yolla bir şəxsin şiə olmasına qənaət gətirsə, lakin sonradan şiə olmadığı məlum olsa, yenidən zəkat verməsi vacib deyil.

Ayətullahul-uzma Seyid Ruhullah Xomeyni (r.), "Tovzihul-məsail",məs.1942


Cavab 2: Zəkat alan kəs on iki İmam şiəsi olmalıdır. Əgər insan bir nəfəri şiə bilib ona zəkat versə və sonradan şiə olmadığı

məlum olsa, zəkatı yenidən verməlidir.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.1959

 

Cavab 3: Zəkat alan şəxs 12 imam şiəsi olmalıdır.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.1653

 

Cavab 4: Mal sahibinin zəkatını verə bilən şəxs, gərək on iki imam şiəsi olsun. Əgər insan bir şəxsi, on iki imam şiəsi bilib, ona zəkat versə və sonra da şiə olmadığı məlum olsa, gərək ikinci dəfə zəkat versin. Hətta ehtiyat-vacibə görə əgər bu barədə təhqiqat aparmış olsa və ya şər`i höccətə istinad etmiş olsa belə, hökm eynidir.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət məsələləri",məs.1906

 

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!