Oruc » Əgər bir şəxs ramazan ayının günü ərzində bir neçə dəfə qəsdən orucu batil edən iş görsə, hər dəfəsinə görə ayrıca kəffarə verməlidir? Yoxsa bir kəffarə kifayətdir?

Cavab 1: Bir kəffarə kifayətdir. Lakin əgər cima və ya istimna etsə, vacib ehtiyata əsasən, cima və istimnanın hər dəfəsinə görə ayrı kəffarə verməlidir.

Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası

Cavab 2: Əgər oruc tutan şəxs, Ramazan ayında bir gün ərzində bir neçə dəfə cima, ya istimna etsə, ehtiyata əsasən, hər dəfəsi üçün bir kəffarə ona vacib olar. Əgər onun cima, ya istimnası haramdırsa, ehtiyata əsasən, hər dəfəsi üçün bir cəm kəffarəsi ona vacib olar.

Əgər oruc tutan şəxs Ramazan ayında bir gündə cima və istimnadan başqa orucu batil edən işlərdən birini bir neçə dəfə yerinə yetirsə, onların hamısı üçün bir kəffarə kifayətdir.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.1675-1676

Cavab 3: Əgər oruc tutan şəxs ramazan ayının bir günündə bir neçə dəfə cima etsə, ona bir kəffarə vacibdir. Əgər onun ciması haram olsa, bir cəm kəffarəsi və həmçinin, əgər bir gündə bir neçə dəfə orucu batil edən başqa işləri yerinə yetirsə, hökmü eynidir.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.1407

Cavab 4: Əgər oruc tutan Ramazan ayının bir günündə bir neçə dəfə yeyib içə və ya cima, yaxud istimna etsə, onların hamısı üçün bir kəffarə vacibdir.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.1638

 

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!