Murdar və paklayıcılar » Spirt murdar maddə hesab olunurmu?

Cavab 1: Əgər spirtin əsli maye olsa və mütəxəsislərin rəyilə məstedici mayelər sinfinə aid edilsə, vacib ehtiyata əsasən nəcisdir. Onun dəydiyi bədən və paltarı namaz üçün dəyişmək lazımdır. Əlbəttə, bu cür spirtlə tibbi ləvazimatları və s. dezinfeksiya etməyin heç bir eybi yoxdur.

Lakin spirtin əslinin maye və sərxoşedici olmasına əminlik olmazsa, paklığına hökm olunur.

Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Əcvibətul-istiftaat",s.304,305

Cavab 2: Qapı, pəncərə, stol, stul və s. kimi əşyaların rənglənməsində istifadə olunan texniki spirtin bütün növləri pakdır. Müstəhəbb ehtiyata əsasən məstedici olan spirtlərdən çəkinmək lazımdır.

Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail", məs.112-113

Cavab 3: Məstedici mayedən alınması bilinməyən tibbi və texniki spirt pakdır. Tibbi və texniki spirtlə hazırlanmış adikolonlar, ətirlər və dərmanlar da pak sayılır. İnsanı məst edən istənilən bir maye vacib ehtiyata əsasən, murdardır.

Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.123-124

Cavab 4: Texniki və tibbi spirtin bütün növləri pakdır. Şərab istisna olmaqla insanı məstedən digər mayelər murdar deyildir.

Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri", məs.108-109

 

 

 

Все права сохранены © Fətva - dini suallara cavablar!

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!