Cavab 1: Əgər oruc tutmuş şəxs bilərəkdən başını bütünlüklə suya salarsa, ehtiyat-vacibə görə orucu batil olar və həmin günün orucunun qəzasını tutmalıdır.
Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Orucun hökmləri",məs.153
Aəytullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.1365
Cavab 2: Əgər oruc tutan şəxs başını tamamilə suya batırsa, bədəninin qalan yerləri sudan kənarda qalsa da, orucu batil olar.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.1616
Cavab 3: Başın hər yerini bütünlüklə suya batırmaq orucu batil etmir, lakin şiddətli kərahəti var (məkruhdur).
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.1589