Cavab 1: Vacib ehtiyata əsasən, insan zina etdiyi qadının qızı ilə evlənə bilməz.
Ayətullahul-uzma Seyid Əli Xameneyinin dəftərxanası
Cavab 2: Əgər insan öz xalası qızını almamışdan öncə (nəuzu billah!) onun anası ilə zina etsə, artıq o qızla izdivac edə bilməz. Vacib ehtiyata əsasən, bibisi qızının da hökmü belədir.
Əgər öz xalasının və bibisinin qızından başqa bir qadınla zina etsə, müstəhəbb ehtiyat budur ki, onun qızı ilə izdivac etməsin.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.2458,2460
Cavab 3: Əgər insan öz bibisi və xalası qızını almamışdan qabaq onun anası ilə zina etsə, ehtiyat-vacibə əsasən, daha o, qızla izdivac edə bilməz. Əgər öz xalası və bibisi olmayan başqa qadın ilə zina etsə, ehtiyat-müstəhəbb budur ki, onun qızı ilə izdivac etməsin.
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.2361,2363