Cavab 1: Əgər qadının nifas qanı on günü ötərsə, bu halda heyzdə adəti varsa, adət günləri həddində gördüyü qan nifas, qalanları isə istihazədir. Əgər adəti yoxdursa, on günə qədər nifas, qalanları istihazədir. Müstəhəbb ehtiyat budur ki, adəti olan qadın, öz adət günündən sonrakı gündən adəti olmayan isə doğuşun onuncu günündən on doqquzuncu gününə kimi nifaslı qadına haram olan işləri tərk etsin və istihazəli qadının əməllərini yerinə yetirsin.
Ayətullahul-uzma Şeyx Vəhid Xorasani, "Tovzihul-məsail",məs.523
Cavab 2: Əgər nifas qanı on günü ötüb keçsə, heyizdə olduğu kimi ədədiyyə günləri nifas, qalan günlər istihazə sayılır. Əgər adət yoxsa, on günədək nifas, qalan günlər istihazədir.
Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, "Şəriət hökmlərinin izahı",məs.492
Cavab 3: Əgər qadının nifas qanı on günü keçsə, heyzdə ədədiyyə adəti vardırsa, onun adət günləri qədəri nifas, qalanı istihazədir. Əgər adəti yoxdursa, on günə kimi nifas və qalanı istihazə olar. Əgər öz adətini unutmuşdursa, adətin ehtimal verdiyi ən yüksək ədədi fərz etməlidir. Ehtiyat-müstəhəbb budur ki, adəti olan qadın adətindən sonrakı gündən və adəti olmayan qadın 10-cu gündən etibarən doğumun on səkkizinci gününə kimi istihazənin işlərini yerinə yetirsin və nüfəsaya haram olan işləri tərk etsin.
Ayətullahul-uzma Seyid Əli Sistani, "İzahlı şəriət hökmləri",məs.507