19 Avqust, 2018
Həcc qurbanının bölünməsi hansı şəkildə olmalıdır?

Cavab: Ehtiyat-vacibə əsasən onun üçdə biri müsəlmanların fəqirlərinə sədəqə verilməlidir. Onun digər üçdə bir hissəsini istənilən müsəlmana hədiyyə etmək caizdir. Yerdə qalan üçdə bir hissəni də özü və ya ailəsi üçün götürməsi caizdir.

Ehtiyat-müstəhəbbə əsasən az da olsa qurbanın ətindən özü də yesin. Əgər fəqirlərin üçdə bir hissə olan payını onlar çatdırmaq mümkün olmazsa və yaxud çox məşəqqət və zəhmətə səbəb olacaqsa, bu əməl vacib deyildir.

Ayətullahul-uzma Seyid Əli Sistani, "Həcc əməlləri",məs.649-650

Bütün hüquqlar qorunur  ©  Dini suallara cavablar

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!