Cavab 1: Sualda deyilən qaydada edilən qüsl batildir və mükəlləfin boynunda olan qüslü aradan qaldırmır. Buna görə də belə bir qüsl ilə qılınan namazlar batildir və onların qəzasını qılmaq vacibdir. Amma oruca gəlincə, dediyiniz qaydada etdiyiniz qüslün düzgün olduğuna əmin olduğunuz və bilərəkdən cənabətli qalmadığınız üçün tutduğunuz oruclar düzgündür.
Ayətullahul-uzma Seyid Əli Xameneyi, "Orucun hökmləri",məs.128
Cavab 2: Əgər cəhli qüsuri üzündən (üzrlü səbəbdən bilməməzlik üzündən) olubsa keçmiş əməlləri səhih (düzgün) hökmündədir.
Ayətullahul-uzma Seyid Əli Sistaninin dəftərxanası